Həzrət Məhdinin qurduğu cəmiyyətdə hansı özəlliklər olacaq?


Digərləri 04 Mar 2018 23:10:00 235 0

Həzrət Məhdinin qurduğu cəmiyyətdə hansı özəlliklər olacaq?

Quran və hədislərimizin nəzərinə görə, Həzrət Məhdinin (ə.f) quracağı cəmiyyət ən kamil bir cəmiyyət olacaqdır ki, hamı maddi və mənəvi nemət içərisində qərq olacaqlar.

Son.az deyerler.org-a istinadən bildirir ki, bəs bu cəmiyyətin ən bariz sifətləri nə olacaqdır?

1. Ədalət. Ədalət elə bir məfhumdur ki, bəşər, tarix boyu onun həsrətində olmuşdur. Hədislərimiz onu ədalətin mücəssiməsi kimi tanıtmışdılar. Mübarək Ramazan ayının duasında oxuyuruq: "Məhdəvi ədaləti sayəsində heç bir insan qul olaraq qalmayacaqdır və hər kəsin haqqı ona veriləcəkdir".

2. Rifah və rahatlıq. Həzrət Peyğəmbər (s) buyurur: "Mənim ümmətim İmam Zamanın (ə.f) dövründə elə rifah və nemət əldə edəcəklər ki, ondan əvvəl heç bir dövrdə əldə etməmişdilər".