Gənc dalğıc ölümdən döndü VİDEO


Digərləri 04 Mar 2018 23:13:00 299 0

Gənc dalğıc ölümdən döndü  VİDEO

Gəncin sözlərinə görə, o murenlərə heç nə etmir, onlar səbəbsiz olaraq ona hücum edib

Böyük muren balığı dalğıca hücum edib.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, murenin dalğıca hücum etməsinin video görüntüləri sosial şəbəkələrdə yayılıb. Qeyd olunur ki, hadisə Cənubi Afrikada Sodvana buxtasında baş verib. Polşadan olan bir gənc dalğıc mərcan qalasını yoxlamaq suyun dərinliyinə dalıb, amma birdən iki murenin onu təqib etdiyini görüb.

Kadrlardan görünür ki, balıqlardan biri dalğıca baxır və onu qorxutmaq üçün ağzını açır. Bir neçə saniyədən sonra o gəncin üzərinə atılır və onu təqib etməyə başlayır. Ancaq gənc onlardan canını qurtara bilir.


Xəbərə aid video