Xoşbəxtlik nədədir?


Digərləri 04 Mar 2018 23:20:00 271 0

Xoşbəxtlik nədədir?

Elə bir insan yoxdur ki, xoşbəxt olmaq istəməsin. İnsanlar xoşbəxtliyi müxtəlif şeylərdə görürlər. Bəziləri düşünür ki, xoşbəxtlik var-dövlətdədir, amma varlı adamların heç də hamısı özünü xoşbəxt hesab etmir. Bəziləri xoşbəxtliyi məşhurluq və ad-sanda görürlər. Halbuki, bəzən məşhur adamların intihar etdiyini görürük. Xoşbəxtlik həmçinin vəzifə, oğul-uşaq, elm və başqa şeylərdə də deyil. Alimlərin çoxunun rəyinə əsasən, xoşbəxtlik qəlb rahatlığındadır.

Qəlb rahatlığını necə əldə etmək olar? Son.az zikr.az-a istinadən bildirir ki, Uca Allah insanı yaratmış və onun qəlbini rahatladacaq şeyləri öz kitabında (Qurani Kərimdə) iman gətirmək və yaxşı işlər görmək olduğunu bildirmişdir: "Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə (xatırlamaqla) rahatlıq tapır" (ər-Ra'd, 28) "Mömin olaraq yaxşı iş görən kişi və qadınlara əlbəttə gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq" (ən-Nəhl, 97) "Allah kimi doğru yola yönəltmək istəsə, onun köksünü İslam üçün açar, kimi azdırmaq istəsə, onun köksünü, sanki o, göyə çıxırmış kimi daraldar və sıxıntılı edər. Allah iman gətirməyənləri beləcə rəzalətə salar" (əl-Ənam, 125)