Dünyanın ən zəngin ailələri SİYAHI


Digərləri 04 Mar 2018 23:05:00 209 0

Dünyanın ən zəngin ailələri  SİYAHI

Dünyanın ən zəngin ailələri deyəndə insanın ağlına dərhal Rokfeller ailəsi, Rotşild ailəsi, Oppenhaymer ailəsi gəlir. Ancaq onların arasında heç vaxt eşitmədiyimiz adlar da var.

Ötən ilin yekununa dünyanın ən zəngin 10 ailəsi:

10) Koks ailəsi- 41 milyard dollar

Son.az modern.az-a istinadən bildirir ki, ABŞ-da yaşayan ailə hakimiyyətə ilə əlaqələrini necə ailə sərvətinə çevirəcəyini  bilirdi. Ceyms Middlton Koksun  1920-ci ildə de yeritdiyi prezidentliyə namizədliyi uğursuz alındı. Siyasətdə uğursuzluqdan sonra Koks, bir neçə qəzetin idarəçiliyini əlinə aldı və  "Enterprises" adlı media şirkətini qurdu. Ayrı bir tərəfdən Demokrat partiyasına və Franklin Ruzveltə yaxınlığını davam etdirdi.  Media şirkəti  hazırda Koksun iki  nəvəsi tərəfindən idarə olunur.

9)  Bettenkourt ailəsi - 42,7 milyard dollar

1909-cu ildə fransız-alman əsilli kimyaçı Ejen Şüller xüsusi bir saç boyası formulu yaradıb. O vaxtlar Paris "dünyanın moda paytaxtı" hesab olunurdu.Nəticədə o, zəngin parislilərin sayəsində xeyli sərvət əldə etdi. Qızı Liliane Bettenkourt  valideynlərinin ölümündən sonra şirkəti idarə edir. Hazırda dünyanın ən zəngin qadını hesab olunur.

8) Kargil-Makmillan ailəsi 49 milyard dollar

1865-ci ildə Uilyam Vallas Kargil tərəfindən qurulan "Cargill İnc." şirkətinin gəlirinin 88%-i Kargil-Makmillan ailəsinə məxsusdur. Bu ailədə 14 milyarder var.

7) Arnault ailəsi- 63,8 milyard dollar

Fransada yaşayan milyarder ailə denyada məşhur olan Luis Vuilton və Kristian Dior markaları ilə tanınır.Ailə başçısı Bernar Arnault Luis Vuilton markasının icraçı direktoru və meneceridir. İki övladı var, onun kimi şirkətdə yüksək vəzifələri tuturlar.

6) Slim ailəsi - 64,3 milyard dollar

Meksikalı ailə Forbes jurnalında 2010-2013-cü  illərdə  dünyanın ən zəngin ailəsi kimi qeydə alınmışdı.  Ailənin başçısı Karlos Slim Karso qrupunun əsasını qoyub və övladları ilə birgə idarə edir.