Qeyriadi “ayaqqabı meşəsi” tapılıb FOTO


Digərləri 04 Mar 2018 22:23:00 256 0

Qeyriadi “ayaqqabı meşəsi” tapılıb  FOTO

Kanadalı fotoqraf Petti Meyher səyahət edərkən "ayaqqabı meşəsi" ilə qarşılaşıb.

Son.az oxu.az-a istinadən bildirir ki, Ontario əyalətində Orencvayl qəsəbəsinə gəzintiyə çıxan fotoqraf qeyri-adi görüntünün şahidi olub.

Yüzlərlə ayaqqabının ağaclardan asıldığını görən Petti ilk öncə hansısa ailənin avtomobil qəzasında öldüyünü və onların anılması üçün bu ayaqqabıların ağacdan asıldığını zənn edib.

Ancaq polis qeydləri burada heç bir qəzanın olmadığını ortaya çıxarıb. Digər versiya isə qəsəbədə yaşayan uşaqların bunu zarafat məqsədilə etməsidir.