Təhsilə ən çox pul ayıran ölkələr –


Digərləri 04 Mar 2018 22:05:00 242 0

Təhsilə ən çox pul ayıran ölkələr –

Ümumdünya İqtisadi Forumu hər il dünya ölkələrinin iqtisadi vəziyyəti açıqlayır.

ÜİF hazırladığı hesabatlarda müxtəlif ölkələrdəki təhsil xərcləri də aiddir. Hesabatdan aydın görünür ki, dünya ölkələrinin təhsil sistemləri bir-birindən fərqlənir. Bu sahəyə ayrılan xərclər həmin ölkənin təhsil sistemini də müəyyənləşdirir.

Həmin hesabatlara əsasən dünyanın ən yaxşı orta təhsil sisteminə sahib olan ölkələri təqdim edirik:

Yaponiya

Son.az azedu.az-a istinadən bildirir ki, Yaponiya İƏİT (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı)  qrupunda savad, elm və riyaziyyat üzrə ən yaxşı  ölkələrdən biri sayılır. Tələbələr ibtidai, orta məktəb və liseyi bitirmələrinə baxmayaraq, universitetə də daxil olmaq istəyirlər. Lisey icbari deyil, ancaq ora daxil olanlar 98 faiz təşkil edir.

Barbados

Barbados dövləti təhsilə böyük investisiyalar yatırır. Savadlılıq dərəcəsinə görə dünyanın ən yüksək göstəriciyə ( 98%) malik ölkələrindən biridir. İbtidai sinif 4-11 yaşları əhatə edir. Orta təhsil isə 18 yaşa qədər davam edir. Hər iki səviyyədə məktəblərin əksəriyyəti dövlətə məxsusdur.

Yeni Zelandiya

Yeni Zelandiyada ibtidai və orta təhsil 5 yaşdan 19 yaşa qədər davam edir. 6-16 yaş arasında təhsil icbaridir. Burada orta məktəblərin üç növü var. Təxminən 85% şagird dövlət məktəblərində, 12% sonradan dövlət məktəbi statusu qazanmış məktəblərdə, 3% isə özəl məktəblərdə təhsil alır.

Estoniya

2015-ci il məlumatlarına görə, Estoniya  Ümumi Daxili Məhsulunun təxminən 4% -ni təhsilə xərcləyir. Ölkənin 1992-ci il "Təhsil haqqında" Qanununda deyilir ki, təhsilin məqsədi, Estoniya xalqı, ailə və şəxsiyyətin inkişafı üçün əlverişli şəraitin yaradılması, etnik azlıqların inkişafını irəli çəkmək, Estoniyada iqtisadi, siyasi və mədəni həyat, qlobal iqtisadi və mədəni kontekstdə təbiətin qorunması, vətəndaşlıq dəyərlərinin tədrisi və ömür boyu ümumxalq ənənəsinin qorunması üçün zəmin yaratmaqdır.

İrlandiya

İrlandiyada orta məktəblərin əksəriyyəti özəl olsa da, dövlət büdcəsindən maliyyələşir. Bundan başqa, dövlət və peşə məktəbləri də var. Son hesabatda göstərilir ki, İrlandiyanın təhsil xərci digər inkişaf etmiş ölkələrlə müqayisədə  2008 -2013-cü illər maliyyə böhran səbəbindən 15%-ə qədər azalıb.