Bir gecəyə sızanaqları yox etməyin yolları


Digərləri 04 Mar 2018 21:25:00 314 0

Bir gecəyə sızanaqları yox etməyin yolları

Kim dedi ki, sızanaqları öz hallarına buraxıb sizi məyus etməyinə icazə vermək lazımdır. Axı onları cəmi bir gecəyə aradan qaldırmaq mümkündür. Sizə kömək edəcək:

Limon şirəsi Limon dilimini sızanağın üstündə 5-15 saniyə saxlayın və sızanağı üzərinə limon şirəsi sıxılmış pambıq diski ilə silin. Limon şirəsi bakteriyaları məhv edəcək və dərinin dartılmasını təmin edir.

Aspirin Aspirin baş ağrısına qarşı vasitə deyil. O, həm də məsamələri təmizləyir. Maska hazırlamaq üçün 1-2 dərmanı su ilə qarışdırın. Gecə yatarkən kütləni sızanağın üzərinə çəkin.

Yaşıl çay Çay içdikdən sonra paketi atmağa tələsməyin. Son.az bildirchin.az-a istinadən bildirir ki, onu sıxmadan sızanağın üzərinə yerləşdirin. Yaşıl çayın yarpaqlarında olan antioksidantlar sakitləşdirici təsir göstərəcək.