Bir video ilə internetdə məşhurlaşan tovuzlu danışdı VİDEO


Digərləri 04 Mar 2018 20:53:00 244 0

Bir video ilə internetdə məşhurlaşan tovuzlu danışdı  VİDEO

Bakı sakinlərini öz kəndinə fərqli formada dəvət edən və bununla bağlı çəkdiyi video ilə internetdə məşhurlaşan Tovuz sakini "Xəzər Xəbər"ə məqsədini açıqlayıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Tovuzun Sarıtala kənd sakini Murquz Yahyayev bir neçə ay əvvəl çəkdiyi video ilə qısa vaxtda məşhurlaşdı. 100 minlərlə insan onun vidosuna baxaraq bəyəndi. 28 yaşlı Murquz heç bir universitetdə təhsil almayıb, çörəyini təmir işlərindən çıxarır. Internetdə yayılan videoda öz doğma kəndini tərifləyərək insanları şəhərdən kəndə çağırır.

Murquz Yahyayevin sözlərinə görə, bu videonu çəkərkən insanların marağına səbəb ola biləcəyini ağlına belə gətirməyib.

Murquz deyir ki, videonu çəkməkdə məqsədi yaşadığı yerin gözəlliyini göstərmək, kəndə turist axınına təkan vermək olub. Onun sözlərinə görə, bu videodan sonra həqiqətən də yaşadığı kəndə maraq artıb.


Xəbərə aid video