“Rusiya öz vətəndaşlarını ekstradisiya etmir”


Dünya 04 Mar 2018 20:42:00 267 0

“Rusiya öz vətəndaşlarını ekstradisiya etmir”

Rusiya xüsusi prokuror Robert Müllerin istintaqı çərçivəsində günahlandırılan rusiyalı vətəndaşlarını ABŞ-a təhvil verməyəcək.

Son.az APA-ya istinadən xəbər verir ki, bunu NBC telekanalına müsahibəsində Rusiya prezidenti Vladimir Putin bəyan edib.

"Heç vaxt. Rusiya ABŞ kimi öz vətəndaşlarını ekstradisiya etmir", deyə V.Putin bildirib. O həmçinin bildirib ki, ABŞ-da keçirilən prezident seçkilərinə müdaxilədə ittiham edilən 13 Rusiya vətəndaşı hökuməti təmsil etməyiblər.