İmam Əlinin (ə) Quranı deyilərkən nə nəzərdə tutulur?


Digərləri 04 Mar 2018 19:15:00 233 0

İmam Əlinin (ə) Quranı deyilərkən nə nəzərdə tutulur?

Dini kitablarda bəzən "Əlinin Quranı", "Əlinin müshəfi" ifadəsinə rast gəlinir. Bu, Həzrət Mühəmməd Peyğəmbərin (s) vəfatından sonra onun vəsiyyətinə əsasən, İmam Əli ibn Əbi Talib (ə) tərəfindən toplanıb yığılmış Quran nüsxəsidir. Bəziləri bunun hal-hazırki Qurandan fərqli bir kitab olduğunu düşünürlər. Buna əsas verən bəzi hədislər də kitablarda gözə çarpır.

Son.az islam.az-a istinadən bildirir ki, lakin İslam alimlərinin mütləq əksəriyyəti bu mövqeni dəstəkləmir, həmin hədisləri mötəbər saymır. Bu gün əlimizdə olan Quran qətiyyən təhrif edilməyib və Peyğəmbərə (s) nazil olmuş Quranla eynidir. İmam Əlinin (ə) müshəfi ilə müasir Quran arasında bircə dənə də olsa, kəlmə və ya hərf fərqi yoxdur, nə bir kəlmə azaldılıb, nə də bir hərf çoxaldılıb. Yeganə fərq - ayələrin sıra ilə düzülüşündədir. Əli (ə) bütün ayələri Peyğəmbərə nazil olduqları ardıcıllıqla düzmüş, onlara qısa şərh (təfsir) yazmışdı. Hazırki Quranda isə surələr azalan ardıcıllıqla düzülüb, həcmcə iri surələr əvvəldə gəlir, get-gedə surələrin həcmi kiçilir. İmam Əlinin (ə) müshəfi hal-hazırda 12-ci imam Həzrət Mehdidədir (ə). Son.az