Heyvanların ruhunu kim alır?


Digərləri 04 Mar 2018 19:20:00 281 0

Heyvanların ruhunu kim alır?

Heyvanların ruhunu kim alır? Bu məsələ haqqında ancaq bəzi hədislərimiz bizə açıqlamalar vermişdilər ki, onları iki dəstəyə bölmək olur. Amma bu hədislərdə birbaşa deyilməmişdir ki, heyvanların ruhunu qəbz edən kimdir.

1. Bəzi nəzərlərə görə, bütün canlıların canını Əzrayil (ə) alır, eləcə də heyvanların da.

2. Bəzi nəzərlərə görə isə Allah bu iş üçün dörd mələyi məmur etmişdir.

Son.az deyerler.org-a istinadən bildirir ki, alimlər deyir ki, ölüm və həyat Allah Təalanın əlindədir. Ona görə də mələklər tərəfindən ruhların qəbz edilməsi kifayətdir.

Əllamə Məclisi bu haqda buyurur: "Hədislərimizin heç birində bu iki nəzər birmənalı təsdiq edilməmişdir. Ona görə də bu haqda nəzər verməkdə ehtiyat etmək lazımdır".