Maşının yuyulması üstündə düşən dava


Digərləri 04 Mar 2018 19:03:00 260 0

Maşının yuyulması üstündə düşən dava

Küçədə avtomobilin yuyulması üstündə dava qətllə nəticələnib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, hadisə ötən gecə paytaxtın Nizami rayonu, Qara Qarayev prospekti 62 ünvanında baş verib. 52 yaşlı Məmmədov Yaşar Məmməd oğlu qonşuluğunda kirayədə yaşayan 3 gənclə mübahisə edib. Mübahisə o həddə çatıb ki, tərəflər əlbəyaxa dava ediblər.

Əraziyə Nizami rayon hüquq-mühafizə orqanlarının əməkdaşları gələrək araşdırmalara başlayıblar. Mərhumun qardaşının sözlərinə görə, hadisə küçədə avtomobilin yuyulması üstündə baş verib.

Mərhumun qardaşı deyir ki, Ağcabədi rayonundan olan həmin 3 nəfər 4 ay imiş ki, Yaşar Məmmədovun qonşusunun evində kirayədə yaşayırmışlar.


Xəbərə aid video