Gürcü oğlan zooparka getmək üçün evdən qaçıb


Digərləri 04 Mar 2018 18:17:00 264 0

Gürcü oğlan zooparka getmək üçün evdən qaçıb

Gürcüstanın paytaxtı Tbilisi şəhərində zooparkdan bir illik pulsuz giriş əldə edən 10 yaşlı oğlan heyvanları görmək üçün evdən gizlicə çıxaraq qatarla 130 km yol gedib.

Dato Nozadzenin bu kələyi uğursuzluqla nəticələnib, Gürcüstan mətbuatı yazır. O, Tbilisiyə çatanda zooparkın həmin gün bağlı olduğunu görüb.

Daha sonra polis patrulu onun küçədə tək gəzdiyini görüb, valideynləri ilə əlaqə saxlayaraq onu Gürcüstanın mərkəz hissəsində yerləşən Xaşuri şəhərindəki evinə qaytarıb.

Tbilisi zooparkı onun "heyvanlara xüsusi sevgisini" qiymətləndirmək qərarına gəlib.