Qiyməti evdən də baha əl çantası


Digərləri 04 Mar 2018 18:18:00 318 0

Qiyməti evdən də baha əl çantası

Əl çantasının qiyməti nə qədər ola bilər? 100, 500, 1000 dollar?

Bəs, bir çanta üçün, özü də istifadə olunmuş birisi üçün qiymət 380000 dollara qalxa bilərmi?

İngiltərədə, misal üçün, ölkə boyu bir evin orta qiyməti 308300 dollardır, odur ki, yuxarıda qeyd olunmuş qiymətə bir ev almaq mümkündür və bundan sonra hələ əlavə xərclərə də xeyli miqdarda pul qalacaq.

Ötən il kimsə bu qiymətə nadir sayılan, tutqun ağ rəngli 2014 Himalaya Birkin əl çantasını Hermes moda evindən alıb.

Həmin çanta timsah dərisindən hazırlanıb və 16 karatlıq ağqızıl və brilliant inkrustasiyaları ilə bəzədilib.

Yuxarıqda qeyd olunmuş qiymət rekord vursa da, bunu okeanda yalnız bir damla saymaq olar.

Əl çantaları bazarı, getdikcə, özünə daha çox diqqət cəlb edtməkdədir.

Hərraclar təşkil edən Christie's şirkətinin bildirdiyinə görə, lyuks əl çantaları bazarının dövriyyəsi 2016-cı ildə 36 milyon dollar təşkil edib, halbuki, 2011-ci ildə həmin göstərici 7 milyon dollara bərabər idi.

Heritage Auctions hərrac şirkətinin dəyərləndirilməsinə görə isə, dünya boyu lyuks əl çantaları hərrac bazarının həcmi hazırda $75m - $100m arasıdır və artmaqda davam edir.