Tahir Əkbəri qəbirdən çıxarıb yenidən dəfn etdilər


Kriminal 04 Mar 2018 15:47:53 262 0

Tahir Əkbəri qəbirdən çıxarıb yenidən dəfn etdilər

Martın 2-də uzun sürən xəstəlikdən sonra vəfat edən tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Tahir Əkbər dəfn olunduğu yerdən çıxarılaraq atasının qəbrində torpağa tapşırılıb.

Son.az-ın ölkə.az-a istinadən məlumatına görə, ailəsi bəstəkarın dəfn edildiyi yerin ona layiq olmadığını düşünərək belə bir addım atıb.

Əməkdaşımız bəstəkarın dünən dəfn edildiyi qəbiristanlıqda olub. Məlum olub ki, T.Əkbərin nəşi qəbirdən çıxarılıb və atasıyla eyni qəbirdə dəfn edilib.


Xəbərə aid fotolar