Misir ordusu Sinayın şimalında 10 terrorçunu məhv edib


Digərləri 04 Mar 2018 15:23:58 215 0

Misir ordusu Sinayın şimalında 10 terrorçunu məhv edib

Misir ordusunun hərbçiləri Sinay yarımadasının şimal və mərkəzi hissəsində keçirilən "Sinay-2018" genişmiqyaslı antiterror əməliyyatı zamanı 10 terrorçunu məhv ediblər

Bakı. Misir ordusunun hərbçiləri Sinay yarımadasının şimal və mərkəzi hissəsində keçirilən "Sinay-2018" genişmiqyaslı antiterror əməliyyatı zamanı 10 terrorçunu məhv ediblər. Trend-in məlumatına görə, bundan əlavə ekstremist fəaliyyətdə şübhəli bilinən təxminən 250 nəfər saxlanılıb. Əməliyyat zamanı bir neçə partlayıcı qurğu, silah anbarı, sığınacaqlar və Liviya ilə sərhəddən qeyri-qanuni yol ilə ölkəyə keçmək istəyən silah dolu 11 avtomobil məhv edilib.