Məhəmməd Salahdan alqışlanası jest


İdman 04 Mar 2018 14:50:00 258 0

Məhəmməd Salahdan alqışlanası jest

"Liverpool"un futbolçusu Məhəmməd Salah misirli uşağa ilik köçürülməsi əməliyyatının xərclərinin bir hissəsini ödəyib. Goal.az xəbər verir ki, Salah xərçəng xəstəsi olan azyaşlını ziyarət edəcəyinə söz verib.

"Futbolçunun atası ilə danışdıq. O, vəziyyəti oğluna çatdırdı. Salah zəng etdi və övladımla telefonda söhbət etdi. Məhəmməd Misirdə olmadığından oğluma dedi ki, gələn kimi ona baş çəkəcək. Salahla ünsiyyət oğlumun səhhətinə müsbət təsir edir. Onlar tez-tez əlaqə saxlayırlar" - uşağı atası deyib.