Neymar Braziliyada əməliyyat olunub


İdman 04 Mar 2018 13:52:00 210 0

Neymar Braziliyada əməliyyat olunub

PSG klubunun Fransa çempionatının 27-ci turu çərçivəsində "Marseille"ə qarşı keçirilən matçda (3:0) topuğundan zədə alan futbolçusu Neymar Braziliyada uğurla əməliyyat olunub. Goal.az xəbər verir ki, bu barədə Braziliya Futbol Konfederasiyasının mətbuat xidməti məlumat yayıb. Braziliya yığmasının həkimi Rodriqo Lasmar bildirib ki, Neymar zədə üzündən üç ay oynaya bilməyəcək. Forvard Çempionlar Liqasının 1/8 finalının "Real"a qarşı keçiriləcək cavab matçını dəqiq buraxacaq. Görüş matrın 6-da keçiriləcək. Birinci matç 3:1 hesabı ilə madridlilərin xeyrinə başa çatıb.