Dmitri Nazarovun komandası səfərdə 1 xal qazandı


İdman 04 Mar 2018 12:30:00 317 0

Dmitri Nazarovun komandası səfərdə 1 xal qazandı

Almaniyanın 2-ci Bundesliqasında 25-ci tur davam edir. Millimizin futbolçusu Dmitri Nazarovun şərəfini qoruduğu "Erzgebirge Aue" bu tur səfərdə "Sandhausen"in qonağı olub. Goal.az xəbər verir ki, tərəflər hərəyə 1 qol vurub 1 xal qazanıb. Nazarov start heyətində meydana çıxıb və 84-cü dəqiqədə əvəzlənib.

3 mart

Sandhausen - Erzgebirge Aue - 1:1

Rurik Qislason 69 - Paskal Köpke 54

Geridə qalan 25 turdan sonra aktivində 29 xal olan "Aue" 15-ci pillədə qərarlaşıb. Komanda növbəti oyununu martın 11-də "Union Berlin"ə qarşı keçirəcək.