"West Ham"in futbolçusu ciddi zədə alıb


İdman 04 Mar 2018 11:50:00 327 0

"West Ham"in futbolçusu ciddi zədə alıb

"West Ham United"in müdafiəçisi Uinston Rid ciddi zədə alıb. Goal.az xəbər verir ki, Premyer Liqanın 29-cu turunda keçirilən "Swansea City"ilə oyunun 18-ci dəqiqəsində dizi burxulan futbolçu əvəzlənib. Onun uzun müddət reablitasiya keçəcəyi gözlənilir. Ən yaxşı halda Ridin diz bağlarının qopmaq ehtimalı var. Rid xərəkdə meydandan aparılarkən hər iki komandanın azarkeşləri onu alqışlayıb. Onu dərhal xəstəxanaya çatdırıblar. 2017-ci ilin avqustunda müdafiəçi "çəkicdöyənlər"lə müqaviləsini 6 il yeniləmişdi.