Azərbaycan və Rumıniya mayeləşdirilmiş qazın Avropaya tranziti layihəsinin reallaşdırılmasına hazırlaşır


Digərləri 04 Mar 2018 11:20:40 234 0

Azərbaycan və Rumıniya mayeləşdirilmiş qazın Avropaya tranziti layihəsinin reallaşdırılmasına hazırlaşır

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan AGRI uzunmüddətli perspektivdə Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında vacib alətə çevrilməkdədir.

Bakı. Əli Mustafayev – Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan AGRI (Azərbaycan-Gürcüstan-Rumıniya interkonnektoru) uzunmüddətli perspektivdə Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında vacib alətə çevrilməkdədir. Bunu Trend-ə Rumıniyanın energetika nazirinin müavini Yulian Tudoraş deyib. O bildirib ki, Rumıniya, Azərbaycan və Gürcüstan layihənin qiymətləndirilməsi mərhələsini başa çatdırmaq və onun işə salınması prosesini başlatmaq məqsədilə AGRI LNG layihəsi üzərində işləyir: “AGRI LNG layihəsi enerji əməkdaşlığı və Xəzər regionundan Avropaya qaz tədarükünün təhlükəsizliyi baxımından böyük əhəmiyyət daşıyır”.