Müğənninin evinə maskalı şəxslər hücum etdilər


Dünya 04 Mar 2018 11:19:25 338 0

Müğənninin evinə maskalı şəxslər hücum etdilər

Müğənni Ece Seçkinin evinə maskalı şəxslər hücum edib. 

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, naməlum şəxslər evə oğurluq məqsədilə giriblər. Onlar Ecenin evdə olan anası Lalə Seçkinin əl-ayağını bağlayaraq bıçaqla onu hədələyiblər İfaçının anası özünü bilərkdən huşu getmiş kimi göstərib. Bundan sonra oğrular qiymətli əşyaları götürərək evdən çıxıblar. 16 saatlıq axtarışdan sonra oğruların Ecenin qonşuluğundakı villada qulluqçu işləyən qadının evin açarlarının surətini çıxararaq onlara verməsi ilə evə girdikləri üzə çıxıb. İş üzrə 1 nəfər saxlanılıb. Daha 2 nəfər axtarılır.