Aydın Mirzəzadə: Erməni millətçiləri Xocalı soyqırımını törətməklə öz üzərilərinə necə ağır yük götürdüklərini dərk edirlər


Digərləri 04 Mar 2018 09:00:00 192 0

Aydın Mirzəzadə: Erməni millətçiləri Xocalı soyqırımını törətməklə öz üzərilərinə necə ağır yük götürdüklərini dərk edirlər

Xaricdə yaşayan erməni lobbisinin rəhbərinin Xocalı soyqırımının ermənilər tərəfindən törədildiyini etiraf etməsi artıq ermənilərin məsuliyyət dərk etməsindən xəbər verir.

Bakı. Samir Əli - ABŞ-dakı radikal erməni lobbisinin təhriki ilə Kaliforniya Ştat Senatında keçirilən, Sumqayıt hadisələrinin 30-cu ildönümünə həsr olunmuş dinləmələrdə erməni lobbisinin rəhbərlərindən birinin Xocalı soyqırımı ilə bağlı etirafı artıq ermənilərin məsuliyyəti dərk etməsindən xəbər verir. Bu barədə Trend-ə açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. A.Mirzəzadənin sözlərinə görə, bu fakt gec-tez etiraf olunmalıdır: "Erməni millətçiləri ermənilərin Xocalı faciəsini törətməklə öz üzərilərinə necə bir ağır yük götürdüyünün məsuliyyətini artıq dərk etməkdədirlər. Azərbaycan xalqı heç vaxt Xocalı faciəsini unutmayacaq. Bu soyqırım həmişə ermənilərə qarşı ağır ittiham kimi səslənəcək". Deputat vurğulayıb ki, ermənilər daha Dağlıq Qarabağla bağlı yalanlarını xarici ölkələrdə əvvəlki kimi yeridə bilmirlər: "Dünya artıq bu həqiqətlərlə tanış olub, eyni zamanda, istənilən auditoriyada erməni yalanına qarşı faktlarla, dəlillərlə cavab verə bilən vətənpərvər azərbaycanlılar var". Qeyd edək ki, ABŞ-dakı radikal erməni lobbisinin təhriki ilə Kaliforniya Ştat Senatında fevralın 28-də həyata keçirilən, Sumqayıt hadisələrinin 30-cu ildönümünə həsr olunmuş dinləmələrdə lobbi nümayəndəsi tərəfindən Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı həqiqətə uyğun olmayan, qərəzli və təhrif olunmuş məlumatlar səsləndirilib. Amerika Erməni Assambleyasının ABŞ-ın Qərb region üzrə direktoru Mihran Tumacan çıxışında həm özünü, həm də bütün erməniləri çətin vəziyyətə salaraq, Ermənistanın Xocalıda dinc azərbaycanlı əhaliyə qarşı qırğın törətdiyini etiraf edib və dolaşıq fikirləri ilə əslində özlərini ifşa edib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin