Bu gün 36 mindən çox şagird buraxılış imtahanı verir


Digərləri 04 Mar 2018 08:00:00 247 0

Bu gün 36 mindən çox şagird buraxılış imtahanı verir

Bu gün Dövlət İmtahan Mərkəzi Bakıda, Naxçıvan Muxtar Respublikasında və Şirvan şəhərində 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini keçirir.

Bakı. İlhamə İsabalayeva - Bu gün Dövlət İmtahan Mərkəzi Bakıda, Naxçıvan Muxtar Respublikasında və Şirvan şəhərində 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini keçirir. Mərkəzdən Trend-ə verilən məlumata görə, bu gün ümumilikdə 36846 şagirdin imtahan verəcəyi nəzərdə tutulur. İmtahanda 36846 nəfər (Yasamal rayonunda 3082, Binəqədi rayonunda 4062, Səbail rayonunda 1597, Xətai rayonunda 3581, Xəzər rayonunda 2902, Nərimanov rayonunda 2212, Suraxanı rayonunda 2991, Sabunçu rayonunda 4784, Nəsimi rayonunda 2287, Qaradağ rayonunda 2100, Nizami rayonunda 2504, Pirallahı rayonunda 367, Naxçıvan Muxtar Respublikasında 3499, Şirvan şəhərində 878) 9-cu sinif şagirdinin iştirakı nəzərdə tutulur. Buraxılış imtahanlarının birinci mərhələsinin keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 80 imtahan mərkəzi ayrılıb.