Günün qoroskopu: stress riskini artırmayın


Digərləri 04 Mar 2018 00:01:00 289 0

Günün qoroskopu: stress riskini artırmayın

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - günün ilk yarısında tələskənliyə yol verməyin. Ünsiyyət çevrənizi süni şəkildə genişləndirməyin. Yeni obyektlər maraq oyada bilər. Aktiv olun, mənafelərinizin qulaqardına vurulmasına imkan verməyin.

Günün ikinci yarısında emosiyalara qapılmayın. İşlərinizin naminə layiq olmayan adamı tərifləməyn. Səfər və ya ezamiyyətə yollanmaq zərurəti yaranıbsa, yaxşı hazırlaşın.

Axşam saatlarında normal istirahət edin.

Buğa - yaxın ətrafınızdakı insanların əhvalından hali olun. Münaqişələri tez çözməyə çalışın. Kollektiv fəaliyyətdə xeyir var. Yaradıcılıq planlarını nəzərdən keçirin. Bəzi niyyətlərin təftişə ehtiyacı var. Romantik hisslərə qapılmayın.

İş yerində qayda yaradın, nizama nail olun. İşlərin həddən artıq olması sizdə stress yaratmasın. Hisslərinizi cilovlaya bilməsəniz, bəzi işlər yarımçıq qala bilər.

Günün ikinci yarısında yüksək enerji potensialınızdan yararlanaraq irəliləməyə can atın. İstənilən şəraitdə maraqlarınızı təmin edin.

Əkizlər - yaşam arealınızın genişləndirilməyə ehtiyacı var. İmkanlar və şanslar artır. Uzaq səfər sizi rutinlikdən ayıra bilər. Yaşamınızdakı digər məqamlarla bağlı stimula ehtiyacınız var.

Günün ikinci yarısıda yaxınlarınız və qohumlarınızın fikirlərini, mövqelərini nəzərə alın. Potensialınızı reallaşdırmağın yeni, fərqli yollarını arayın.

Mühüm işlərdən birinin öhdəsindən gələ bilmədiyinizi anlasanız, bacardığınız işi tamamlamağa tələsin. Yaradıcılıq üçün obyekt arayın. Ruhdan düşməyin.

Xərçəng - yaxın ətrafınızdakı insanların dediklərinə diqqətlə qulaq asın, amma bildiyiniz kimi hərəkət edin. Sizi maraqlandıran məsələ ilə bağlı söhbəti başa vurun. Tərəfdaş və ya şərikin razılığını almadan birgə işə başlamaq mümkün deyil.

Günün ikinci yarısında maraqlarla məqsədləri təftiş etmək olar.

Sizə təbəddülatlı təsir bağışlayan işlərdə tələsməyin. İntuisiyanız sizi aldatmayacaq. Ən mühüm işi seçib dürüst qərar qəbul edin. Maksimal uğur əldə edə biləcəyiniz sahələri müəyyənləşdirin.

Axşam saatlarında normal istirahət etməyə çalışın.

Şir - baş verənləri diqqətlə mşahidə edin. İnkişaf edən mövzunu dəqiqləşdirin, münaqişələrin qarşısını alın. Maraqlarınızın tam təminatı üçün yollar arayın. İmkanlarınız genişlənəcək. İşlərdə gecikmələrə və axsamalara yol verməyin.

Şəxsi maraqlarla fəaliyyətinizin tələblərini uyğunlaşdırmağa çalşıın.

Günün ikinci yarısında aktiv olun. Hansısa iş alınmazsa, qapını çırpıb getməyin. Axşam saatları sizdən fəhm və şərtlərin sayıq dəyərləndirilməsini tələb edir. Mümkün qədər çox yeni informasiya əldə etməyə can atın. Gün faydalar vəd edir.

Qız - yaxın gələcəklə bağlı planlaşdırma və proqnozlaşdırma üçün pis gün deyil. Vurnuxmaya qatılmayın. Mövcud situasiyanın nüanslarını anlamaqda sizə yardımçı ola biləcək insanlarla təmaslarda xeyir var. Yeni ideyalar formalaşacaq.

Günün ikinci yarısında resurslarınzı dəqiq qiymətləndirin, az sonra baş verə biləcək hadisələrdən heç olmasa birini təxminləməyə cəhd göstərin. Gəlirləri artırmağın yollarını düşünün. Xırdalıqlara və detallara xüsusi fikir verin.

Axşam saatlarında yaxınlarınızla söhbət əsnasında gələcəyi müzakirə edin. Problemlərin həll yollarını birlikdə arayın.

Tərəzi - günün ilk yarısı paradoks, ya da tam əksinə - hansısa sirrin cavabını, tapmacanın açmasını, xəbərdarlığı vəd edir. İntuisiyanızın səsinə qulaq asın. Yarımçıq işi mütləq şəkildə başa vurun. Harasa yollanmalısınızsa, yola çıxın.