Onlar digər qadınlardan fərqlidirlər


Digərləri 03 Mar 2018 23:50:00 340 0

Onlar digər qadınlardan fərqlidirlər

Xromosom xəstəliyi hesab olunan "super dişi" sindromu hər 1000 qadından birində rast gəlinir. Bu sindrom daşıyıcısı olanlar qadınlara məxsus bəzi özəlliklərdən məhrumdular.

Son.az lent.az-a istinadən xəbər verir ki, qadın xəstəlikləri üzrə mütəxəssis həkim Gökçen Erdoğan bu sindrom barədə məlumat verib. Onun sözlərinə görə, bu sindromu yaşayan qadınlar boyca digər qadınlardan hündür olurlar. Yaddaş zəifliyindən, danışma və öyrənmədə bir qədər çətinlik çəkirlər. Davranışları fərqli olur. Yalnız irəliləyən yaşlarında yaşamla ayaqlaşaraq evlənib  uşaq sahibi ola bilərlər.                                                                                                              

Bəs necə yaranır?                                                                                                         

Normal qadınlarda X xromosomu ayrılaraq Y xromosomu ilə mayalanır. Ancaq genetik xəstəlik olan "Super dişi" sindromu daşıyıcısı olan qadınlarda mayalanma zamanı X xromosomu ayrılmır. Yəni bu sindrom  daşıyıcısı olan xanımlar 46 deyil, 47 xromosoma sahibdirlər.    

Fərqləri nədir?                                                                                        

"Super dişi" sindromu olan qadınlar digər qadınlardan çox az fərqlənir. Bu fərqlər hansılardır?                                                                                       

- Boyları normadan 7, ya 8 sm uzundur.