Marixuana yetişdirməyi, boulinq oynamağı öyrədən, kazinonu


Digərləri 03 Mar 2018 23:52:00 279 0

Marixuana yetişdirməyi, boulinq oynamağı öyrədən, kazinonu

Hazırda dünyada olduğu kimi, Azərbaycanda da universitetlərin əksəriyyətində klassik fakültələr fəaliyyət göstərir. Lakin bu, dünya universitetlərində fərqli fakültələrin olmadığını mənasına gəlmir. Avropa və Amerikanın ən məşhur universitetlərində belə maraqlı bölmələr mövcuddur.  Son.az azedu.az-a istinadən  həmin fakültələri təqdim edir:

"Macəra" fakültəsi - Dörd il ərzində dərs dinləmək istəməyən şagirdlər, Plymouth Universitetində macəra təhsili ala bilərlər. Extremal idman dərsləri və ekstremal şəraitlərə uyğun gələn ixtisaslar bu fakültələrə daxildir;

"Marixuana yetişdirilməsi" fakültəsi - Kaliforniyada Oakland Universiteti tibbi ehtiyacları üçün marixuana yetişdirilməsini tədris edən fakültə mövcuddur;

"Boulinqin idarə edilməsi" fakültəsi - Karyerasını boulinq üzərinə qurmaq istəyən tələbələr üçün Vincennes Universitetinin 'bouling tədrisi" fakültəsi fəaliyyət göstərir;

"Şərab istehsalı" fakültəsi - Bir çox əyalətlərdə içkidən istifadəyə müəyyən yaş həddi qoyulsa da, ABŞ-da 21 yaşınızı gözləməyə ehtiyac yoxdur. Şərab istehsalını öyrənmək üçün Cornell Universitetinin şərab istehsalı fakültəsinə müraciət edə bilərsiniz.

"Folklor və mifologiya" fakültəsi - Tarix haqqında daha çox bilgi əldə etmək istəyən tələbələr Harvard Universitetinin "Folklor və mifologiya" fakültəsini seçə bilərlər;