Soyuq havada dərini qorumaq üçün məsləhətlər


Digərləri 03 Mar 2018 23:35:00 354 0

Soyuq havada dərini qorumaq üçün məsləhətlər

Soyuq aylarda külək, şaxta, rütubətli hava və yağıntılar öz gözəlliyinə biganə qalmayan xanımlar üçün arzuolunmaz hallar yaradır. Həmin havada üz və əl dərisi, göz ətrafı, dodaqlar quruyaraq kobudlaşır, saçlar öz təravətini və canlılığını itirərək solğunlaşır. Ona görə də qış fəsli bir çox qadınlar üçün quruyan və qaşınan dəri, çatlamış dodaqlar və elektrikləşmiş saclarla assosiasiya olunur.

Son.az AZƏRTAC-a istinadən dermatoloq və kosmetoloqların məsləhətlərini təqdim edir.

Qış aylarında çox isti vanna və duş qəbul etmək dəridəki təbii yağların ifrazını artırır, onun qorunmasını yaxşılaşdırır. Belə havada duş qəbul etmək dəri üçün çox xeyirlidir. Duş qəbul edərkən 15 saniyə soyuq suyun altında qalmaq lazımdır, daha sonra suyun istiliyi bir az da artırılır və azaldılır. Proseduru 2 dəqiqə ərzində aparmaq sadə hidroterapiya əməliyyatıdır. Həmin üsulla orqanizmin qan dövranını təmizləyərək dərinin təravətlənməsinə nail olmaq mümkündür.

Limon qatılmış isti su içmək pis görünüşlü dəriyə səbəb olan toksinlərin daha tez ifraz olunmasına və qanın təmizlənməsinə kömək edir. Masaj vasitəsilə dərinin əvvəlki parlaqlıq və təravətini qaytarmaq mümkündür. Masaj zamanı lazımi krem, lasyon və yağlardan istifadə etmək məsləhətdir. Bir qaşıq qarğıdalı ununu qatıqla qarışdıraraq əl, üz və ayaqlara sürtülüb masaj edilməsi dərinin təmizlənməsi və yumşaldılmasına səbəb olur.