Millət vəkili Qənirə Paşayeva Türk aydınlarına çağırış edib (FOTO)


Digərləri 03 Mar 2018 23:37:51 257 0

Millət vəkili Qənirə Paşayeva Türk aydınlarına çağırış edib (FOTO)

Ankarada İLESAM (Türkiye İlim ve Edebiyat Eseri Sahipleri Meslek Birliği)ndə çıxış edən millət vəkili Qənirə Paşayeva aydınlar qarşısında çıxış edərək Türk dünyasına Qarabağ, Kərkük, Ahıska, Bayırbucak çağırışı edib

Bakı. Ankarada İLESAM (Türkiye İlim ve Edebiyat Eseri Sahipleri Meslek Birliği)ndə çıxış edən millət vəkili Qənirə Paşayeva aydınlar qarşısında çıxış edərək Türk dünyasına Qarabağ, Kərkük, Ahıska, Bayırbucak çağırışı edib. Q.Paşayeva Azərbaycan və Türkiyə bir millət iki dövlətdir deyərək bu birliyin dosta da, düşmənə də bir mesaj olduğunu söyləyib. O, Azərbaycan və qardaş Türkiyənin hər zaman güclü olması ən böyük diləyimizdir deyib. Millət vəkili biz birlikdə Azərbaycan və Türkiyəyə qarşı terror hadisələri, cinayətlər, işğallar həyata keçirənlərə qarşı mübarizəmizi daha da gücləndirməliyik, gücləndiririk və inşallah onların ədalət qarşısında cavab vermələrinə də nail olacağıq deyib. Millət vəkili Qənirə Paşayeva "100 il sonra yeni bir Çanaqqaladan keçirik və inşallah dədələrimiz kimi biz də zəfər qazanacağıq", - deyib. Q.Paşayeva dədələrimiz birlik və bərabərlik içində bizə zəfərin yolunu göstərdi və yenə də birlik, bərabərliyimizi daha da gücləndirib zəfər qazanacağıq deyib.