Alışveriş edərkən mütləq bunlara diqqət edin


Digərləri 03 Mar 2018 22:36:00 327 0

Alışveriş edərkən mütləq bunlara diqqət edin

Kofe alarkən şüşə və dəmir qabda olanlardan alın

Hər hər ayda bir dəfə də olsa marketlərdən aylıq bazarlıq edir. Elə məhsullar var ki, onları alan zaman mütləq ona diqqət yetirmək gərəkdir.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, holland pendiri alan zaman diqqətli olmaq lazımdır. Pendiri yüngülcə sıxıb buraxanda yenə də əvvəli halına gəlirsə keyfiyyətli, gəlmirsə deməli köhnədir.

Təzə ət çəhrayı rəngdə olmalıdır, qırmızı və qəhvəyi yox. Yeni əti də sıxanda əvvəlki halına geri dönməlidir, bir də yapışqan olmamalıdır.

Qəhvəni seçmək çətindir. Amma bir nüansa diqqət edin. Qəhvə şüşə və dəmir qabda satılmalıdır. İstifadə müddəti 18 aydan yuxarı olmamalıdır.

Dondurma alarkən meyvə tərkiblilərə üstünlük verməyin. Çünki onlar konservant tərkiblidir. Fıstıqlı, kakolu və vanilli dondurmalara üstünlük verin.