Tez hazırlanan əriştənin evimizə gətirdiyi TƏHLÜKƏ


Digərləri 03 Mar 2018 22:25:00 325 0

Tez hazırlanan əriştənin evimizə gətirdiyi TƏHLÜKƏ

Bu ucuz kimyəvi qidalar sizə ancaq qastrit, xora, kolit, qaraciyərin sıradan çıxması və nəhayət xərçəng bəxş edə bilər

Görəsən elə adam tapılarmı ki, həyatında heç olmasa bircə dəfə də olsun tez hazırlanan əriştənin dadına baxmasın?   Onu dadanlar bir neçə hissəyə bölünürlər. Birincilər, maraq xətrinə dadına baxsalar da, bir daha "bu zəhrimar"ı almırlar. İkincilər, ucuz olduğu üçün vaxtaşırı "doşirak" və "rolton"larla qidalanırlar. Üçüncülər isə davamlı olaraq bu əriştələrlə qidalanırlar və bu zaman onun sağlamlığa təsirinə əhəmiyyət belə vermirlər. Amma nahaq yerə. Bu tez hazır olan əriştələri ümumiyyətlə yemək lazım deyil. Niyəsini sizə ardıcıllıqla izah edəcəyik.

Bu əriştələrin qısa tarixçəsi

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki,  qızardılmış əriştələri suda isladıb yeməyi çinlilər düşünüb. Onlar bu yeməyi küçə yeməyi olaraq satmağa başlayıblar. Əslində bu adi xəmirdən hazırlanmış və demək olar, qəhvəyi rəngə çalana qədər qızardılmış kiçik parçalar idi. Çin-yapon müharibəsi vaxtı bu yemək yaponların da diqqətini cəlb edib. Çünki bu tez və ucuz başa gələn yeməklə əsgərlərin qarnını doyurmaq mümkün idi. Artıq İkinci Dünya Müharibəsindən sonra yaponlarda ciddi ərzaq çatışmazlığı yarandı. Bu zaman Ando Momofuku adlı biznesmen anasının onların böyük ailəsini belə əldə düzəldilmiş əriştə ilə necə doyurduğunu xatırladı. Və beləcə o, ilk dəfə tez hazırlanan əriştə istehsal edən zavod tikdirdi. Bu ideya koreyalıların da xoşuna gəldi. Bu qidanın daha ucuz qiymətə başa gəlməsi üçün onun üzərində bəzi yeniliklər etdilər. Amma bizim dükanlarda satılan dalğavari əriştələr öz sələfindən görünüşünə və tərkibinə görə nəinki fərqlənir, heç ona oxşamır da.

Onun niyə belə dalğavari olduğunu bilirsinizmi? Hər şey çox sadədir. Onları daha möhkəm presləsək, hətta kibrit qutusuna da yerləşdirə bilərik.

Rusiyada "dosirak" adlanan həmin əriştələr 1994-cü ildə peyda olub. Onları bu ölkəyə koreyalılar gətirib və indiyə qədər də həmin əriştə zavodlarını onlar işlədirlər. Ruslar arasında "dosirak" sözünü tələffüz etmək yaxşı assosiasiya doğurmadığından, sonra onun adını dəyişib "doşirak" qoyublar. Bu əriştələr Azərbaycana da ilk olaraq 90-cı illərdə gəlib. Onları ölkəmizə iş adamları İran, Türkiyə və Rusiyadan gətiriblər. Bu əriştələr o vaxtdan ölkəmizdə xüsusilə uşaqlar arasında populyardır. Uşaqlar evdə orqanik məhsullardan hazırlanan əriştə və şorbaları yeməyi xoşlamasalar da, tez hazır olan əriştələri və onlardan hazırlanan şorbaları məmnuniyyətlə yeyirlər. Hətta məktəbdə və həyətdə uşaqların ucuz əriştələri alıb quru-quru yediklərinə də tez-tez rast gəlmək mümkündür.

Bəs onu nədən hazırlayırlar?

Biz həmin əriştələri dada gətirən paketin içinə yerləşdirilmiş zərərli süni dadlandırıcılar barədə çox eşitmişik. Onlardan biri ədviyyatlardan (orada bir qram da olsun təbii ərzaq yoxdur - duz, natrium qlütamat, dadlandırıcılar), digəri isə yağdan (süni dadlandırıcı əlavə edilmiş trans yağ) ibarətdir. Yenə əriştənin özü təmiz əriştə olsaydı, birtəhər dözmək olar. Amma bu, heç də belə deyil.

Bunun üçün ən aşağı keyfiyyətli buğda (beləsini hətta heyvanlara belə vermirlər) götürülür. O, son dərəcə narın üyüdülür və ondan boz rəngli toz alınır. Yeri gəlmişkən, Rusiyadakı tez hazırlanan əriştə sexlərində, əsasən, koreyalı fəhlələr çalışır və onlar güclü havatəmizləmə sisteminin olmasına baxmayaraq, oradakı zərərli toz və havanı udmamaq üçün xüsusi maskalar taxırlar. Siz reklamda göstərilənlərə əsla uymayın! O əriştələr qətiyyən əla növ undan və təbii yumurta tozundan hazırlanmır. Koreyalılar o zavodlara yerli fəhlələri buraxmırlar ki, istifadə etdikləri ərzaqları görüb bu barədə ictimaiyyətə məlumat verməsinlər.

Həmin boz rəngli una premiks - biokimyəvi mineral qatqı əlavə edilir. Ora, həmçinin müxtəlif süni maddələr (amin turşusu, fermentlər (enzimlər), dadlandırıcı və ətirləndirici süni əlavələr, kimyəvi terapevtik preparatlar) qatılır. Bura üçüncü əsas komponent - qalınlaşdırıcı emulqator da əlavə edilir ki, xəmir sıxlaşsın.

Əriştəyə yumurtalı makarona bənzəyən gözəl görünüş vermək üçün E-150 boyası əlavə edirlər. Onun da tərkibi şəkər əvəzləyicisidir.