Seks həyatını aktivləşdirən qidalar


Digərləri 03 Mar 2018 21:55:00 264 0

Seks həyatını aktivləşdirən qidalar

Daha yüksək libido və aktiv seks həyatı arzu edirsinizsə, bu qidaları yeməyiniz köməyinizə çatacaq.                                                         

• Səhər yeməyində kətan toxumu, çərəz və yulaf əzməsi.

Son.az lent.az-a istinadən xəbər verir ki,  yulaf əzməsinin tərkibində  olan maddələr şəhvəti yüksəldən testosteron səviyyəsini nizamlayır. Kətan toxumu da testosteron səviyyəsini nizamlamaqla yanaşı vaginal quruluğa qarşı faydalıdır. Badam və qoz kimi çərəzləri yeməniz çox xeyirdir. Bu çərəzlərin tərkibindəki amon turşuları genital bölgəyə qan dövranını artıraraq sərtləşmə və boşalmanı asanlaşdırır.                                                                 

• Günorta  yeməyində qızıl balıq və quşqonmaz.                                     

Qızıl balıq omega 3 yağ turşuları baxımından çox zəngindir. Qan dövranını sürətləndirdiyi üçün sürətli ereksiya və klitoral həssaslığı təmin edir. Quşqonmaz isə estrogen, progesteron hormonlarını normallaşdıraraq vaginal quruluğa qarşı faydalıdır.                                                                                                      

• Günorta yeməyindən sonra ara vaxtlarda qarpız yeməyiniz faydalı ola bilər. Qarpızın tərkibindəki amon turşuları qan damarlarını genişləndirərək vaginal bölgəyə qan dövranını sürətləndirir.