İrşad Yusifov 50 ildir gündəlik yazır kənddə baş verən


Digərləri 03 Mar 2018 21:22:00 402 0

İrşad Yusifov 50 ildir gündəlik yazır  kənddə baş verən

Bu süjetimizin qəhrəmanı olduqca maraqlı bir şəxsdir. Təsəvvür edin, Şəki sakini İrşad Yusifov yaşadığı kəndin gündəliyini tutur. Tam 50 ildir bu kənddə nə baş veribsə, onun gündəliyində öz əksini tapıb. İrşad Yusifovun gündəliyini birlikdə vərəqləyək.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, 50 ilə yaxındır ki, kəndlərində baş verən hər bir hadisəni qələmə alır. Şəki rayonunun Baş Zəyzid kənd sakini İrşad Yusifov hər gün "Gündəlik" yazır.

1969-cu ildən bu işə həvəs göstərən İrşad Yusifovun gündəliklərinin sayı 100-ə çatıb. Həmin gündəliklərdə kənddə baş verən hər bir hadisə detallarına qədər qeyd edilib. Yas-toy məclislərindən tutmuş, kənddə baş vermiş təbiət hadisələri, yeni doğulanlar, əsgərlik məclislərinə qədər - hər bir hadisə haqda qeydlər var.

İrşad Yusifovun sözlərinə görə, hətta bəzən kənddə hansısa mövzuda mübahisəli məsələlər olduqda sakinlər ona müraciət edirlər.


Xəbərə aid video