Beydulla müəllimin gözləri görməsə də, dərs deyir VİDEO


Digərləri 03 Mar 2018 21:19:00 252 0

Beydulla müəllimin gözləri görməsə də, dərs deyir  VİDEO

Gözləri görməsə də, bu, onun peşəsinə olan sevgisinə mane ola bilməyib. Zaqatala rayonunda yaşayan Beydulla İsgəndərov 28 ildir ki, müəllimlik edir. Tarix dərsi tədris edən müəllim fiziki məhdudiyyətli olmasına baxmayaraq, işinin öhdəsindən peşəkarlıqla gəlir.

Dərs başa salır, şagirdlərin sullarına cavab verir, qiymətləndirmə aparır. Gözlərinin görməməsi ona sevdiyi müəllimlik peşəsinin öhdəsindən uğurla gəlməyə mane olmur.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Zaqatala rayonunun Suvagil kənd sakini, 54 yaşlı  Beydulla İsgəndərov 28 ildir ki, kənd 1 saylı tam orta məktəbində tarix fənnini tədris edir.

Anadangəlmə gözlərinin görməməsi ona bir sıra çətinliklər yaratsa da, o, bu çətinlikləri aşmağı, şagirdlərinin və həmkarlarının sevimlisi olmağı bacarıb. Həyatı gözü ilə deyil, qəlbi ilə görən Beydullah müəllim daim öz üzərində çalışır. Hətta o, diaqnostik qiymətləndirmədə gözəl nəticə də göstərib.


Xəbərə aid video