Salyanda DYP postuna silahlı hücum


Digərləri 03 Mar 2018 21:00:00 445 0

Salyanda DYP postuna silahlı hücum

Polisin cərimələdiyi şəxs bunun qisasını almaq üçün Dövlət Yol Polisi Postuna hücum edib. Hadisə Salyan rayonunda baş verib. Artıq hadisəni törədən şəxs barəsində həbs qəti imkan tədbiri seçilib

Salyan rayonunda Dövlət Yol Polisi postuna silahlı hücum olub. Hadisə Ələt-Astara magistral yolunun Salyan rayonu ərazisindən keçən hissəsindəki postda qeydə alınıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Salyan şəhər Cəfər Cabbarlı küçəsində yaşayan 1988-ci il təvəllüdlü Bağırov Orxan Cahangir oğlu DYP postuna gələrək silahdan atəş açıb. Sonra özünə məxsus minik avtomobilini minərək hadisə yerindən uzaqlaşıb.

Salyan şəhərində isə ona yol polisləri tərəfindən "saxla" əmri verilsə də, o, buna məhəl qoymayıb və maşınla Kürsəngi kənd sakini, 35 yaşlı polis əməkdaşı Dəmirov Raqib Həmdulla oğluna xəsarət yetirib.


Xəbərə aid video