Astarada evi qarət edən şəxs tutuldu VİDEO


Digərləri 03 Mar 2018 20:59:00 278 0

Astarada evi qarət edən şəxs tutuldu  VİDEO

Astarada mənzildən 12 min dollar və 335 avro, Tərtərdə isə supartezian quyuların kabellərini və mənzildə məişət əşyaları oğurlayan şəxslər saxlanılıb. Polis hər iki faktla bağlı cinayyət işi açıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, qonşusunun evdə olmadığından istifadə edərək mənzilindən xeyli miqdarda pul oğurladı.

Hadisə Astara şəhərində baş verib.Belə ki, Astara sakini Elman Novruzov Rayon Polis Şöbəsinə müraciət edərək şəhərin Səməd Vurğun küçəsində yerləşən evindən 12 min dollar və 335 avro oğurlanması barədə məlumat verib.Bundan sonra,keçirilən əməliyyat oğurluğu törədən şəxslər aşkarlanaraq polis tərəfindən saxlanılıb.

Məlum olub ki,oğurluğu törədənlər elə qonşuluqda yaşayan Astara sakinləri Kənan Bayramlı və Kənan Novruzovdur.Oğurlanan pul həmin şəxslərdən alınaraq sahibinə qaytarılıb.


Xəbərə aid video