ADA akademiaysında Bakı Expo 2025 təqdimatı keçirildi FOTO


Digərləri 03 Mar 2018 20:39:00 265 0

ADA akademiaysında Bakı Expo 2025 təqdimatı keçirildi  FOTO

2 Mart 2018-ci il tarixdə Ekspo 2025 Ümumdünya sərgisi üçün Bakı şəhərinin namizədlik layihəsi çərçivəsində ADA Universitetində keçirilən Karyera Sərgisi zamanı Eksponun məqsədlərini daha geniş şəkildə izah etmək üçün gənclərə məlumatlar verildi.

Son.az Trend-ə istinadən bildirir ki, Ekspo 2025 Bakı Əməliyyat katibliyindənverilən məlumata görə, "Ekspo 2025 Bakı" layihəsinin təqdimatı zamanı Bakının Ümumdünya Ekspo sərgisinə ev sahibliyinə namizədliyi ilə bağlı məlumatlar verib, Ekspo sərgisinin gənclər üçün yarada biləcək imkanları müzakirə etdilər. ADA tələbə və məzunlarına "Ekspo 2025 Bakı" layihəsinin "İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq" mövzusunun Azərbaycan gəncliyini ölkənin inkişafının mərkəzinə necə gətirə biləcəyi izah edildi.

Karyera sərgisində 1000-dən artıq tələbə və məzun, 100-dən artıq şirkət və təşkilat iştirak edib.

Bu təşəbbüs Ekspo sərgisinin faydalarının daha geniş ictimaiyyətə çatdırılması və Azərbaycan gənclərinin ekspo layihəsinə dəstəyinin səfərbər edilməsi istiqamətində nəzərdə tutulan tədbirlər sırasında ilki idi. Eyni zamanda, Ümumdünya Ekspo sərgisinə ev sahibliyinə Bakı şəhərinin namizədliyini dəstəkləmək məqsədilə, bu həftə "Ekspo 2025 Bakı" layihəsinin heyəti Facebook, Instagram və Twitter sosial şəbəkələrində hər ay nəzərdə tutulan yeni müsabiqəyə start verib.

"Ekspo 2025 Bakı" layihəsinə aşağıdakı linklər üzrə izləyərə bilərsiniz:


Xəbərə aid fotolar