Xəyanət etməyən kişini tanımaq


Digərləri 03 Mar 2018 20:40:00 335 0

Xəyanət etməyən kişini tanımaq

Sevgilisinə və ya həyat yoldaşına xəyanət etməyən kişini tanımağın bir neçə yolu var.

Son.az lent.az-a istinadən xəbər verir ki, mütəxəssislərin araşdırmasına görə, hər bir qadın aşağıda göstərilən 6 üsuldan istifadə edərək ərinin onu aldadıb-aldatmadığını yoxlaya bilər.

- Sevgiliniz və ya əriniz sizinlə əvvəlki qədər danışmırsa, bu, problemin olduğuna işarədir. Sadiq kişilər xanımları ilə danışmaqdan çəkinməz. Əgər danışmırsa, deməli ağzından nəsə qaçıracağından qorxur.

- Özünü qəhrəman kimi göstərən kişilərdən təhlükə gözləməyin. Onlar özlərini sevgilərinə həsr edirlər və bundan zövq alırlar. Buna görə də xəyanət onları maraqlandırmır.

- Kişilərin xəyanətinin ən bariz sübutu qadına qarşı diqqətinin azalmasıdır. Ancaq əgər xəyanət etdiyindən peşimandırsa, qadına daha çox diqqət göstərəcək və beləliklə də özünü "ələ verəcək". Sadiq kişi öz sevgilisi ilə dostlarına nisbətən daha çox vaxt keçirməyə çalışır. Əgər kişi qadını öz dostları ilə tanış etməkdən çəkinirsə, deməli onun gizlətmək istədiyi bir şey var.