Yüksək təzyiqi salmaq üçün çay qaşığı üsulu –


Digərləri 03 Mar 2018 20:25:00 264 0

Yüksək təzyiqi salmaq üçün çay qaşığı üsulu –

Rusiyalı həkimlərdən biri sovet illərində qonaq olduğu bir ailədə gecə ikən təzyiqi qalxan qadının çay qaşığı ilə təzyiqini salması metodundan bəhs edib.

Son.az medicina.az-a istinadən bildirir ki, hipertoniyanı normallaşdırmaq üçün o, çay qaşığını qaynar çay olan stəkana salıb, orda isidir və çay qaşığının arxa hissəsini burnunun uc pərlərinə qoyur: əvvəl sol burun pəri, sonra sağ. Qaşığı soyuyana kimi saxladıqdan sonra yenidən isti çaya salır. Beləcə, 3 dəfə təkrarlayır.   Sonra barmaqlarını isti stəkana söykəyərək isidir və isinmiş barmaqlarla 3 dəfə qulaq uclarını tutub saxlayır, bir sözlə qulaq uclarını da isidir. Bunları etdikdən sonra həmin çayı içir və 10 dəqiqə uzanır. Təzyiq aşağı düşür, insan özünü yaxşı hiss etməyə başlayır.