CV neçə səhifəlik olmalıdır?


Digərləri 03 Mar 2018 20:15:00 374 0

CV neçə səhifəlik olmalıdır?

CV-nin həcmi iki səhifədən artıq olmamalıdır. Çünki uzun CV-lər adətən heç zaman tam olaraq oxunmur. Oxuyan tərəfi sizin haqqınızda yalnız vacib məqamlar maraqlandırır, təfərrüatlar yox.

Son.az meslehetdir.com-a istinadən bildirir ki, CV-yə yazılan məlulamatların həcmi sizin keçmiş təcrübənizdən asılıdır. Universitet məzunları üçün təbii ki 2 səhifə doldurmaq olduqca çətin olur. Onlar üçün bir səhifəlik CV də yetərlidir. Amma əgər keçmişdə müəyyən iş təcrübəniz varsa, o zaman hətta iki səhifəyə sığmaya da bilərsiz. Belə hallarda yalnız aktual və nisbətən yeni məlumatları əks etdirmək lazımdır ki, CV çox uzun alınmasın.