Mədəbağırsaq xəstəlikləri zamanı aloe faydalıdır


Digərləri 03 Mar 2018 20:05:00 289 0

Mədəbağırsaq xəstəlikləri zamanı aloe faydalıdır

Aloe bir çox müalicəvi xüsusiyyətlərə malik şirəli bitkidir. Onu açıq havada və otaq şəraitində yetişdirmək mümkündür.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, aloe əsrlər boyu iltihaba qarşı ən yaxşı vasitələrdən biri kimi tətbiq edilib. Bitkidən müxtəlif formalarda istifadə olunur. Yarpaqlarının əzilərək məlhəm kimi istifadə edilməsi çox faydalıdır.

Araşdırmalar nəticəsində məlum olub ki, onun tərkibində 200-dən artıq bioloji aktiv maddə var. Aloe dərinin tonusunu və qan dövranını yaxşılaşdırır. Bir sıra xəstəliklər zamanı ondan geniş istifadə olunur.