Səudiyyə Ərəbistanında İLK: qadınlar arasında marafon keçiriləcək


Digərləri 03 Mar 2018 20:02:38 274 0

Səudiyyə Ərəbistanında İLK: qadınlar arasında marafon keçiriləcək

Səudiyyə Ərəbistanının hökuməti ölkə tarixində ilk dəfə krallıq ərazisində qadınlar arasında marafon yarışının keçirilməsinə icazə verib.

Bakı. Səudiyyə Ərəbistanının hökuməti ölkə tarixində ilk dəfə krallıq ərazisində qadınlar arasında marafon yarışının keçirilməsinə icazə verib. Trend-in məlumatına görə, qaçış marafonu bu ilin aprelində Məkkədə qapalı məkanda keçiriləcək. Marafonun baş tutacağı zalın sahibi olan "Əl-Vəhda" klubunun prezidenti Əhməd Teyib deyib ki, bu yarışda daha çox qadının iştirak etməsi əllərindən gələni edəcəklər.