Zob xəstəliyinin simptom və əlamətləri hansılardır?


Digərləri 03 Mar 2018 19:45:00 464 0

Zob xəstəliyinin simptom və əlamətləri hansılardır?

Zobun yaranmasının erkən dövründə heç bir əlamət və dəyişiklik görülməyə bilər. Qalxanabənzər vəz böyüdükcə və ətarfdakı orqanlara təzyiq etməyə başladıqca bəzi şikayətlərin yaranmasına səbəb ola bilər : boyunda şişlik, səs batması, udqunmada ve nəfəs almaqda çətinlik. Son.az meslehetdir.com-a istinadən bildirir ki, zob ilə birlikdə hormon ifrazı az olan hallarda hipotiroidizm əlamətləri də görülə bilər: yorğunluq, yuxululuq, üşümə, saç tökülməsi, konsentarasiya pozulması, arıqlaya  bilməmək. Zob ilə birlikdə hormon ifrazı çox olan hallarda isə hipertiroidizm əlamətləri olan əsəbilik, istilənmə, tərləmə, yuxu pozğunluğu, ürək döyünmə və arıqlama qeyd olunur.