Xərçəngdən qoruyur, immuniteti gücləndirir...


Digərləri 03 Mar 2018 19:35:00 236 0

Xərçəngdən qoruyur, immuniteti gücləndirir...

Limon və sarımsaqla hazırlanan, "Sarımsaq eliksiri" adlanan qarışım son zamanlar dildən-dilə dolaşaraq xeyli məşhurlaşıb. "Gənclik eliksiri" də adlandırılan və iki ərzaqdan ibarət olan bu sadə qarışımla şəfa tapdığını söyləyənlərin sayı gündən-günə artır.

Son.az lent.az-a istinadən xəbər verir ki, damar tıxanıqlığı, təzyiq, ürək və immunitet sistemi üçün istifadə olunan bu qarışım sadəcə xəstəlikdən qurtulmaq üçün deyil, həmçinin xəstəliklərdən qorunmaq üçün də istifadə edilir.   Hazırlanma qaydası:

2 litr təzə sıxılmış limon

40 diş sarımsaq

Limonları sıxın. Limon suyu təxminən 2 litr olmalıdır. Suyu şüşə balona tökün. 40 diş sarımsağın qabığını soyduqdan sonra yumadan yüngülcə əzin. Balona boşaldıb, ağzını bağlayın. 25 gün günəş düşməyən yerdə saxlayın. Hər gün şüşəni bir neçə dəfə çalxalayın. 25 gün sonra sarımsaqları limonun suyunun içində ərimiş olacaq. Qarışımın içinə duz, şəkər tozu atmaq olmaz!