Bakıda restoran almaq sərfəlidirmi?


Digərləri 03 Mar 2018 19:13:00 511 0

Bakıda restoran almaq sərfəlidirmi?

Paytaxtda satışda olan restoran, kafe və şadlıq saraylarının qiyməti 300 min manatdan 3 milyon manata qədər dəyişir. Son vaxtlar turistlərin sayınnı artması ilə əlaqədar olaraq restoran biznesinə maraq da artır.

Son.az fed.az-a istinadən Bakıda satışda olan bəzi qeyri-yaşayış obyektlərinin satış qiymətlərini təqdim edir.

Nərimanovda restoran 360 min manat

N.Nərimanov metrostansiyasının yaxınlığında hazır və işlək olan restoran satışa çıxarılıb. Ümumi sahəsi 90 kvadratmetr olan obyektin satış qiyməti 360 min manatdır. Hazırda 1500 manata icarədə olan bu restoranın satıcısı deyir ki, qiymətə endirim də edilə bilər.

Aylıq 2500 manat gətirən obyekt

Sabunçu rayonu, Zabrat 1 qəsəbəsində, mərkəzi magistrala 150 metr məsafədə 4.5 sot torpaq sahəsində tikilmiş, ümumi sahəsi 1000 kvadratmetr olan olan 2 mərtəbəli obyekt satılır. Obyektin 1-ci mərtəbəsində aptek, super market, bərbərxana, ternajor zalı, şirniyat sexi yerləşir. 2-ci mərtəbəsində sinema kino zal, ailəvi kafe, uşaqlar üçün əyləncə yeri var. Kameralarla təchiz olunan obyekt hazırda işləyir və icarədədir. Obyektin sahibi onun aylıq 2500-3000 manat gəlir gətirdiyini bildirir. Satış qiyməti 480 min manatdır.

Yarım milyon manatlıq kafe

Milli Oftalmologiya Mərkəzinin yaxınlığında, ümumi sahəsi həyətyanı ərazi daxil olmaqla 360 kvadratmetr olan (tikili sahəsi 200 kvadratmetr, həyətyanı ərazisi 160 kvadratmetr) restoran satılır. Hazırda icarədə olan bu obyektin satış qiyməti 560 min manatdır.