Dişləri təmizləməzdən qabaq fırçanı islatmaq vacibdirmi?


Digərləri 03 Mar 2018 19:05:00 283 0

Dişləri təmizləməzdən qabaq fırçanı islatmaq vacibdirmi?

Pastanı islaq və ya quru fırçanın üzərinə çəkməyin dişilərin yuyulmasına heç bir ciddi təsiri yoxdur.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Britaniya Stomatoloji Assosiasiyasının məsləhətçisi professor Demyen Uolmsli bu barədə "IBTimes UK"a nəşrinə verdiyi müsahibədə söyləyib.

Sadəcə, fırça qurudursa, onun tükləri dişləri və diş ətini daha sərt sürtəcək və bu da ağız boşluğunun qıcıqlanması və yüngül zədələnməsi təhlükəsi yarada bilər. Fırça islaq olanda həmin proses daha rahat və xoş olur. "Hansı üsula üstünlük verilməsindən asılı olmayaraq, dişləri gündə iki dəfə - xüsusən ikincisi yatmazdan əvvəl - ftorlu diş pastası ilə yuyulması vacibdir. Proses ən azı iki dəqiqə çəkməlidir", - deyə D.Uolmsli qeyd edib.