Azərbaycan klubları irəlilədi


İdman 03 Mar 2018 18:53:00 260 0

Azərbaycan klubları irəlilədi

Azərbaycan Avropa reytinqində iki komanda ilə təmsil olunub. Ən yaxşı klubumuz “Azəryol” ilk “100-lük”də mövqeyini yaxşılaşdırıb. Ötən cədvəldə 94-cü olan paytaxt klubu 154 xalla 89-cu pilləyə yüksəlib. 5 addım irəliləyən bakılılar “Kür”un sıçrayışına həsəd apara bilər. Mingəçevir klubu daha böyük irəliləyiş əldə edib. 34 xala malik “Kür” irəli 25 addım atıb. Təmsilçimiz 196-cı yerdən 171-ciyə yüksəlib. Cədvələ hesabında 1682 xal olan Macarıstan “Qyori Audi ETO”su başçılıq edir.

Qadın həndbolçulardan ibarət klubların Avropa reytinqi açıqlanıb. Goal.az xəbər verir ki, siyahıda qitənin 271 klubu yer alıb.