Prezident İlham Əliyev mənzilkommunal, nəqliyyat və rabitə sahələrində çalışan işçilərin əməkhaqlarını artırdı


Siyasət 03 Mar 2018 18:43:00 317 0

Prezident İlham Əliyev mənzilkommunal, nəqliyyat və rabitə sahələrində çalışan işçilərin əməkhaqlarını artırdı

Prezident İlham Əliyev mənzil-kommunal, nəqliyyat və rabitə sahələrində çalışan işçilərin əməkhaqlarını artırılması haqqında sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncam Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, mənzil-kommunal, nəqliyyat və rabitə sahələrində çalışan işçilərin sosial müdafiəsini daha da gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi il məqsədi ilə imzalanıb.

Sərəncama görə, dövlət büdcəsindən maliyyələşdirilən mənzil-kommunal, nəqliyyat və rabitə sahələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılır.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.