Qazaxıstan mətbuatı eks "Qarabağ"lı haqqında yazdı


İdman 03 Mar 2018 18:32:00 293 0

Qazaxıstan mətbuatı eks "Qarabağ"lı haqqında yazdı

“Aktobe” ilə müqavilə bağlayan "Qarabağ"In sabiq futbolçusu Reynaldo haqda Qazaxıstan mətbuatında  yazı dərc olunub. Goal.az xəbər verir ki, yazıda braziliyalı vingerin Ağdam klubundakı performansına daha çox yer ayrılıb və onun çox texnikalı oyunçu olduğunu diqqətə çatdırıııb. Yarımmüdafiənin istənilən nöqtəsində oynamağı bacaran Reynaldonun ölkəmizdə bombardir olduğu da vurğulanıb. Bundan başqa, onun “Qarabağ”da çıxış edərkən Azərbaycan millisinin formasını geyinməyə yaxın olduğu yazılıb: “Bir neçə il öncə Reynaldo Azərbaycan passportu almağa və bu ölkənin yığmasında çıxış etməyə yaxın idi. Amma sonradan iş alınmayıb”.

Reynaldonun doğma Arapirakada olduqca məşhur olduğunu yazan qazaxıstanlı jurnalistlər hətta futbolçunun şərəfinə adının şəhərin bir çox küçələrində divarlara yazıldığı və özünəməxsus şəkildə boyandığını qeyd ediblər. Reynaldo 2013-2017-ci illərdə “Qarabağ”da çıxış edib.