Səudiyyə Ərəbistanında qadınlar arasında marafon keçiriləcək


İdman 03 Mar 2018 17:52:00 302 0

Səudiyyə Ərəbistanında qadınlar arasında marafon keçiriləcək

Səudiyyə Ərəbistanının hökuməti  ilk dəfə krallıq ərazisində qadınlar arasında marafon yarışının keçirilməsinə icazə verib. Goal.az xəbər verir ki, marafon 2018-ci ilin aprel ayında Məkkədə bağlı məkanda baş tutacaq.

"İlk marafonda mümkün qədər çox qadının iştirak etməsi üçün hər şeyi etməyə çalışacağıq. Belə tədbirin təşkilatçıları sırasında olmaq böyük məsuliyyətdir", - deyə qaçışın baş tutacağı zalın sahibi olan "Əl-Vahda" klubunun prezidenti Əhməd Teyib bildirib. Marafonda 18 yaşdan yuxarı qadınlar iştirak edə biləcəklər. Qaliblərə mükafatlar təqdim olunacaq. Bu ölkədə qadınlar arasında açıq havada ilk marafon isə 2019-cu ildə keçiriləcək.